“Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Aston Villa” klubunun hücumameylli yarımmüdafiəçisi Bertrand Traoreni transfer edib. Burkina Fasolu futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Bertrand Traore “Çelsi” klubunun yetirməsidir. Yarımmüdafiəçi “zadəganlar”ın heyətində cəmi 16 oyuna çıxıb, 4 qol vurub. O, 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edirdi. Futbolçu Birmingen təmsilçisi ilə bu müddətdə 48 matç keçirib və 8 qolla yadda qalıb. Traore Burkiya Faso millisində isə 65 oyunda iş başında olub və 13 qol vurub.