Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Toral Bayramovla maraqlanan Türkiyə klubları siyahısına "Qalatasaray" da qoşulub.

Offsideplus.az DHA xəbər agentliyinə istinadən məlumat verir ki, Toralın UEFA Çempionlar Liqasının təsnifat mərhələsində göstərdiyi performans bir çox türk klublarının diqqətini çəkib. "Qalatasaray" klubunun nümayəndələri 21 yaşlı müdafiəçinin agenti ilə əlaqə saxlayıblar. 

Bundan əlavə, Superliqadan "Kayserispor" və Türkiyə 1-ci Liqasından "Eyüpspor" da Toral Bayramovla yaxından maraqlanır.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlamasında bildirdi ki, "Qalatasaray" tərəfindən rəsmi təklif edilməyib:

"Rəsmi təklif olmayan təqdirdə nəsə danışmaq yersizdir. Hazırda yalnız "Viktoriya" ilə cavab oyununu düşünürük".

Bizi Teleqramda izləyin!