Yay transfer dönəmində Markaonu heyətinə qatan "Sevilya" "Qalatasaray"ın daha bir futbolçusu Viktor Nelssonla maraqlanırdı.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, transfer yarışında "Sevilya"ya İngiltərədən "Everton" da qoşulub. Əndəlüs təmsilçisi "Qalatasaray"ın tələblərini qarşılamaqda çətinlik çəksə də, Premyer Liqa klubunun maliyyə cəhətdən üstünlüyü var.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi ötən mövsüm Danimarkanın "Kopenhagen" klubundan "Cim-Bom"a keçib. O, sarı-qırmızı formada çıxdığı 48 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.