"Qalatasaray" hücum xəttini belçikalı futbolçu Dris Mertenslə gücləndirmək istəyir.
Offsideplus.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Napoli" ilə sözləşməsi başa çatan və hazırda azad agent qismində olan hücumçuya 2+1 illik müqavilə təklif edib. "Sarı-qırmızılar" 35 yaşlı oyunçunun özünə isə illik 4 milyon avro maaş verməyi planlaşdırır. Xəbərə görə, Türkiyə klubu tərübəli forvardın qərar verməsini gözləyir.
Qeyd edək ki, Mertens 9 mövsüm çıxış etdiyi Neapol təmsilçisinin heyətində 398 oyuna çıxıb və 148 qol vurub.