"Fənərbağça"nın prezidenti Ali Koç Çempionlar Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə cavab oyununda (1:2) İstanbul klubunun azarkeşlərinin "Vladimir Putin" şüarını səsləndirməsinə münasibət bildirib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, buna görə Ukraynadan üzr istəməyəcəklərini deyib: "Ukraynadan üzr istəməyəcəyəm. Ukrayna səfirinin dediklərindən sonra o, bizdən üzr istəməlidir. Mediada hər məsələmizə qarışan rəqib komandanın azarkeşlərindən təsiri altına düşürsüz.
Bir klub var ki, rəhbərliyi, prezidenti kim olursa olsun, bizim tərəfə müdaxil etməkdən çəkinmirlər. Hər məsələmizə qarışırlar. Biz parçalanmaya deyil, fikrimizi birləşdirməyə yönəltmişik. Bu ölkəni parçalamağa çalışan o qədər amil var ki, futbol bunun başında gəlməməlidir".
Qeyd edək ki, "Fənərbağça" azarkeşləri "Dinamo" ilə cavab görüşündə rəqib komandanın qolundan sonra "Vladimir Putin" şüarı səsləndiriblər. Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar azarkeşlərin bu hərəkətinə münasibət bildirib. O, "Fənərbağça" azarkeşlərinin Ukraynanı bombalayan Rusiyaya dəstək olan sözlər söyləməsindən təəssüfləndiyini vurğulayıb.