“Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Dinamo” (Moskva) klubundan Klinton Njini transfer edib.

 Kamerundan olan 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Sivas klubu bu transfer üçün Rusiya təmsilçisinə heç bir təzminat ödəməyib.