"Fənərbağça" heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Flamenqo"dan (Braziliya) Qustavo Enrikeni icarəyə götürüb. 29 yaşlı müdafiəçi növbəti mövsümün sonuna kimi sözügedən komandada çıxış edəcək.

Qeyd edək ki, Enrike 2020-ci ildən "Flamenqo"da oynayır. O, hazırda davam edən Braziliya çempionatında 10 oyunda meydana çıxıb.