"Beşiktaş" klubunun cinah müdafiəçisi Rıdvan Yılmaz "Reyncers"ə transfer olunub.

Offsideplus.az xəbər verir ki, Şotlandiya təmsilçisi 21 yaşlı futbolçu üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək. Bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Bundan əlavə sözləşmədəki bəndə əsasən, "Beşiktaş"ın 2 milyon 250 min avro bonus qazanma ehtimalı da var. Razılaşmaya görə, oyunçunun sonrakı satışından əldə edilən gəlirin 20 %-i də İstanbul klubuna çatacaq.

Qeyd edək ki, Türkiyə millisinin üzvü yeni komandası ilə 5 illik müqavilə imzalayıb.