Türkiyənin “Adana Dəmirspor” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Ukrayna milli komandasının sabiq müdafiəçisi Yaroslav Rakitskini transfer edib.

 Azad agent statusunda olan futbolçu Türkiyə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Rakitski 2019-cu ildən Rusiyanın “Zenit” klubunun formasını geyinirdi.