“Benfika”nın futbolçusu Haris Seferoviçin “Qalatasaray”a transferi tamamlanıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəli hücumçu növbəti mövsümü icarə əsasında İstanbul təmsilçisində keçirəcək. “Qalatasaray” təcrübəli oyunçunun transfer hüquqlarına da yiyələnə bilər.
Qeyd edək ki, 30 yaşlı futbolçu “Benfika”ya 2017-ci ildə “Ayntraxt”dan (Frankfurt) keçmişdi. O, geridə qalan mövsüm Lissabon təmsilçisinin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.