"Qalatasaray" klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

 Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Şotlandiya "Reyncers"inin futbolçusu Qlen Kamaranı transfer etmək istəyir. Xəbərə görə, "cim-bom" finlandiyalı oyunçu üçün 8 milyon funt sterlinq təklif edib. 

Onu da bildirək ki, Türkiyə klubu ilə yanaşı "Brayton", "Leipziq", "Ayntraxt" (Frankfurt), "Marsel" kimi komandalar da Kamaranı heyətlərinə cəlb etmək üçün mübarizə aparır.

Qeyd edək ki, 26 yaşlı futbolçu geridə qalan mövsüm 52 oyunda meydanda olub. O, bu görüşlərdə 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.