Baş məşqçi postduna Jorje Jesunu gətirən "Fənərbağça" heyətini ulduz futbolçu ilə gücləndirəcək.

 Offsideplus.az "Foor221"ə istinadən xəbər verir ki, "sarı- lacivərtlilər" "Real"la yollarını ayıran Marselo ilə anlaşıb. Bildirilib ki, İstanbul nəhənginin sabiq oyunçusu Roberto Karlos 34 yaşlı müdafiəçini transfer üçün razı salıb. "Sambaçı" yeni klubunda illik 5 milyon avro qazanacaq.

ABŞ-ın bir neçə klubundaт təklif alan braziliyalı futbolçu Avropada oynamaq istədiyini deyib.

Qeyd edək ki, 2007-ci ildən "kral klubu"nda çıxış edən Marselo bu yay komandadan ayrılıb.