Xəbər verdiyimiz kimi, Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı çalışdırıcı Xorxe Xesusla müqavilə imzalayıb.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis artıq ilk transfer istəyini də rəhbərliyə bildirib. Belə ki, 67 yaşlı portuqaliyalının əsas istəyi Madrid "Real"ının müdafiəçisi Marselodur.
Məlumata görə, uzun müddətdir ki, haqqında İstanbul təmsilçisinə keçəcəyi barədə xəbərlər dolaşan Marselonun özü də "Fənərbağça"ya keçməyə razıdır.
Onun növbəti mövsümdən "sarı-lacivərtli" formanı geyinəcəyi gözlənilir.
Qeyd edək ki, 2007-ci ildən "kral klubu"nda çıxış edən Marselonun La Liqa təmsilçisiylə müqaviləsi iyunun 30-da başa çatacaq.