Türkiyənin "Qalatasaray" klubunun baş məşqçi postunda dəyişiklik ola bilər.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda "Verona"nı çalışdıran İqor Tüdoru gətirməyə hazırlaşır. Bu iddia ilə italiyalı idman jurnalisti Paolo Barqiqqiya çıxış edib. O bildirib ki, "cim-com" hazırda 44 yaşlı xorvatiyalı mütəxəssislə danışıqlar masasına oturub.
Tüdorun "Verona"dan ayrılması ehtimalı böyükdür. Belə ki, A Seriyası təmsilçisinin idman direktoru D'Amikonun klubdan gedəcəyi dəqiqləşdiyindən Tüdor da komandada qalmaq niyyətində deyil. O, "Verona" ilə bugünlərdə bitən müqaviləsini yeniləməyi düşünmür.
Qeyd edək ki, xorvat çalışdırıcı 2017-ci ildə "Qalatasaray"ın "sükanı arxasında" olub. Tüdor 2021-ci ildən "Verona"ya rəhbərlik edir.