Baş məşqçisi yeni mövsümdən etibarən Xorxe Xesus olacaq "Fənərbağça" heyətini ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi İtaliya "İnter"inin hücumçusu Edin Cekonu transfer etməyə yaxındır.

Portuqaliyalı mütəxəssis Xorxe Xesusun istəyinə əsasən 36 yaşlı bosniyalı forvardın keçidi üçün A Seriyası klubunun rəhbərliyi ilə danışıqlar aparılır.

İlkin razılığın əldə olunduğu da bildirilir.

Qeyd edək ki, adıçəkilən futbolçu ötən il "Roma"dan "İnter"ə keçib.