Türkiyənin "Fənərbağça" klubunun Madrid "Real"ının braziliyalı müdafiəçisi Marselonu transfer etmək niyyətində olduğu barədə xəbər vermişdik.

 Offsideplus.az "Fanatik"ə istinadla bildirir ki, artıq tərəflər arasında danışıqlar aparılır. 33 yaşlı sol cinah müdafiəçisinin yayda "kral klubu"ndan ayrılacağı gözlənilir. Bu təqdirdə "sambaçı"nın Türkiyə Super Liqasına üz tutacağı istisna deyil.

Onun "Fənərbağça"ya keçəcəyi gözlənilir.

Qeyd edək ki, Marselo 2007-ci ildən "Real"da top qovur.