"Fənərbağça" klubu heyətini Madrid "Real"ının futbolçu Marselo ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı braziliyalı son cinah müdafiəçisi üçün rəsmi danışıqlara başlayıb.

"Sambaçı"nın yayda "sarı-lacivərtlilər"in sıralarına qoşulma ehtimalı böyükdür. Onun "Real"dan ayrılacağı gözlənilir.

Bildirək ki, Marselo 2007-ci ildən "kral klubu"nda çıxış edir.