"Beşiktaş" "Verona"da çıxış edən Koray Günteri heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "qara qartallar"  27 yaşlı müdafiəçiyə təklif göndərməyə hazırlaşır. İstanbul nəhəngi Türk əsilli almaniyalı oyunçu üçün  3.5-4 milyon avro ilə italiyanların "qapısını döyəcək". Onun komandasıyla hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, Koray karyerası ərzində "Borussiya" ( Dortmund ), "Qalatasaray" və "Cenoa" formaları geyinib.