Türkiyə Super Liqasında 21-ci turdan təxirə salınmış oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, “Başakşəhər” doğma meydanda “Konyaspor”la qarşılaşıb. Görüş  meydan sahiblərini 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, bu nəticədən sonra “Konyaspor” 49 xalla 2-ci, “Başakşəhər” 46 xalla 3-cüdür. Siyahiya 63 xalla "Trabzonspor" başçılıq edir.