"Başakşəhər" daha bir futbolçu ilə razılaşıb.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu hazırda İtaliyanın "Udineze" klubunda çıxış edən və mövsümün sonu komandadan ayrılacaq olan 31 yaşlı yarımmüdafiəçi Tolqay Arslanla anlaşıb. Bu transfer baş məşqçi Emre Belözoğlunun istəyi əsasında reallaşıb.
Qeyd edək ki, Tolyaq Türkiyədə daha əvvəl "Beşiktaş" və "Fənərbağça" formaları geyinib.