"Fənərbağça"nın qapıçısı Bərkə Özər karyerasını Belçikada davam etdirə bilər.

 Offsideplus.az xəbər verir ki,"Anderlext" və "Gent" 21 yaşlı qolkiperlə yaxından maraqlanır. Hər iki klubun "sarı-lacivərtlilər"ə təklif göndəriləcəyi vurğulanıb.

Qeyd edək ki, karyerası ərzində Belçikada "Vesterlo" forması geyinən Bərkə bu mövsüm İstanbul nəhəngi ilə 19 matçda meydana çıxıb.