Hazırda Qətərin "Al-Qarafa" klubunda çıxış edən Uesli Sneyder "Beşiktaş"a təklif olunub.

Offsideplus.az xəbər verir ki, ancaq İstanbul klubunun baş məşqçisi Şenol Güneş hollandiyalı yarımmüdafiəçinin komandasında görmək istəməyib.

O, U.Sneyderin əvvəlki formasından uzaq olduğunu əsas gətirərək bu transferdən imtina edib.