Türkiyə Super Liqasının 25-ci turunda "Adana Dəmirspor" "Beşiktaş"ı qəbul edəcək.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, bu matçı stadiondan izləyənlər arasında İtaliya yığmasının baş məşqçisi Roberto Mançini də olacaq.
57 yaşlı mütəxəssisin meydan sahiblərinin 3 ildən sonra İtaliya millisinə dəvət alan futbolçusu Mario Balotellinin oyununu izləməyə gələcəyi bildirilir.
Qeyd edək ki, 31 yaşlı Balotelli bu mövsüm "Adana Dəmirspor" formasıyla çıxdığı 22 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə verib.
Onu da bildirək ki, Mançini 2013/14-cü illərdə "Qalatasaray"ı çalışdırıb.