"Qalatasaray" Ross Barklini heyətinə qatmağa yaxındır.

 Offsideplus.az xəbər verir ki, İstanbul nəhənginin yeni çalışdırıcısı Domenek Torrentin istəyinə əsasən 28 yaşlı ingilis yarımmüdafiəçi icarə əsasında komandaya cəlb olunacaq. Artıq "zadəganlar"ın baş məşqçisi Tomas Tuxel də bu transferə razılıq verib.

Qeyd edək ki, Barkli bu mövsüm London klubunun heyətində 12 matçda meydana çıxıb.