Polşanın "Legiya" klubuna geri dönmək istəməyən futbol üzrə Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu Super Liqa təmsilçisi "Başakşəhər"lə anlaşıb. Emre Beleoğlunun çalışdırdığı İstanbul klubu Emreli ilə danışıqlarda müsbət nəticə əldə edib.
Komandanın baş məşqçisi Emre ilə görüşən Mahir öz şərtlərini irəli sürərək istəyinə nail olub. Millimizin forvardı ilə razılığa gələn "Başakşəhər" rəhbərliyi "Legiya" ilə təzminat məsələsini həll etmək öhdəliyini də öz üzərinə götürüb.
Qeyd edək ki, hazırda "Başakşəhər" Super Liqada 20 turdan sonra 34 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Xəbəri özəl olaraq sportfm.az saytı yayıb.