"Başakşəhər"in futbolçusu Edin Vişça "Trabzonspor"a keçib.
Offsideplus.az xəbər verir ki, hər iki klub arasında danışıqlar müsbət yekunlaşıb. Qısa zamanda 31 yaşlı bosniyalı oyunçuyla bağlı rəsmi xəbərin deyiləcəyi gözlənilir. Onunla 2.5 illik müqavilə bağlanacaq.
Vişçanın İstanbul klubuyla sözləşməsi 2025-ci ildə başa çatırdı.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü 2011-ci ildən "Başakşəhər"də çıxış edir.