Vitor Pereyra ilə yolları ayıran "Fənərbağça" bu posta gənc mütəxəssis gətirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin əfsanəvi futbolçusu və hazırda "Aston Villa"da köməkçi məşqçi kimi çalışan Con Terrini komandanın "sükanı arxasına" gətirmək niyyətindədir.
"Sarı-lacivərtlilər"in hazırda 41 yaşlı mütəxəssislə danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, "Fənərbağça"nın baş məşqçi postuna əsas namizədlərdən biri də Almaniya millisinin sabiq çalışdırıcısı Yoahim Lövdür.