"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin səhhətində problem yaranıb.

Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis onurğasındakı yırtıq səbəbindən xəstəxanaya aparılıb.

Artıq onun müalicəsi prosesinə başlanılıb.