Cenk Tosunu 27 milyon avroya "Everton"a satan "Beşiktaş" ona əvəzləyici tapıb.

Offsideplus.az xəbər verir ki, bir neçə futbolçu ilə maraqlanan İstanbul klubu kanadalı hücumçu Kayle Larin ilə anlaşıb.

MLS-də "Orlando Siti"də forma geyinən 22 yaşlı futbolçu ilə 3+1 illik müqavilə bağlanılacaq. Futbolçu Türkiyəyə gəlib müqavilə imzalayacaq və çərşənbə günü baş tutacaq məşqdə iştirak edəcək.

Xatırladaq ki, Yamayka əsilli futbolçu ötən mövsüm meydana çıxdığı 28 oyunda 12 qol, 3 asisstlə yadda qalıb. Ümumilikdə "Orlando" karyerasında 87 oyuna 43 qol vuran futbolçu milli komandada 23 oyuna 5 dəfə fərqlənməyi bacarıb.