"Beşiktaş" klubu Samuel Umtitini transfer etmək niyyətindədir.

Offsideplus.az "Sport" qəzetinə istinadən xəbər verir ki, "qara qartallar" "Barselona"nın 27 yaşlı kamerunlu müdafiəçisi Samuel Umtiti üçün yanvarda Kataloniya təmsilçisi ilə danşıqlara başlayacaq.

Qeyd edək ki, Umtiti 2016-cı ildə "Lion"dan La Liqa klubuna keçmişdi.

Əlavə edək ki, "Barselona"nın futbolçusu Miralem Pyaniç icarə əsasında "Beşiktaş"da çıxış edir.