"Kayserispor" klubundan ayrılan Pedro Enrikenin yeni komandası bəlli olub.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı vinger "Sivasspor"a keçib. Bu  barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı oyunçu Sivas təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Qarabağ” 2017/2018 mövsümündə Yunanıstan PAOK-undan Pedro Enrikeni icarə götürüb.