"Qalatasaray" klubu 2021/2022-ci illər mövsümündə geyinəcəyi yeni "ev" formasını satışa çıxarıb.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılı" azarkeşlər satışın ilk günündə xeyli aktivlik göstəriblər.

Ədədi 399.9 türk lirəsi olan formalardan ilk 18 saat ərzində 14.338-i satılıb.

İstanbul təmsilçisi bu "bazarlıq"dan seyfinə 5.7 milyon lirə qoyub.

gs72

gs71