Türkiyənin "Fənərbaxça" klubu məşqçisi Volkan Demirelle yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç bu gün təşkil edilən mətbuat konfransında deyib:
"Volkan məşqçilik karyerasına burda başladı. Baş məşqçimiz onu komandasında görməkdən məmnun idi, amma Volkan ayrılmaq istədiyini bildirdi".
Ayrılığı ilə bağlı danışan sabiq qapıçı yeni hədəflər müəyyənləşdirdiyini bildirib:
"20 il əvvəl bu komandaya gələndə nə edəcəyini bilməyən gənc idim. Artıq hədəflərim var. Öz doğrularımla, qərarlarımla yoluma davam edəcəm".