Türkiyənin "Fənərbağça" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Madrid "Real"ının braziliyalı müdafiəçisi Marselonu gətirmək niyyətindədir.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, "sarı-lacivərtlilər"in prezidenti Ali Koç 33 yaşlı "sambaçı" üçün qarşı tərəfə rəsmi təklif irəli sürüb.
"Fənərbağça" Marselonu illik 4.5 milyon avro maaşla 2 mövsümlük müqavilə bağlamaq istəyir.
Qeyd edək ki, futbolçunun yayda "Real"dan ayrılacağı gözlənilir.