"Başakşəhər" dünya ulduzunu gətirir.
İspaniya millisinin və "Atletiko"nun sabiq futbolçusu Dieqo Kosta İstanbul klubuna keçə bilər.
Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı hücumçunun transferində israrlıdır. Klub prezidenti Göksel Gümüşdağ Kostanın transferi üçün bütün şərtlərdən istifadə edəcəyini deyib.
Qeyd edək ki, bu ilin yanvarında "Atletiko"dan ayrılan və klubsuz olan Kostanın adı "Fənərbağça" başda olmaqla Super Liqanın digər klubları ilə yanaşı hallanırdı.