Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça" "Liverpul"un məşhur futbolçusunu transfer etməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "qırmızılar"ın isveçrəli futbolçusu Cerdan Şakirini hədəfinə alıb.

"Sarı-larcivərtlilər"in prezidenti Ali Koç 29 yaşlı cinah yarımmüdafiəçisi üçün qarşı tərəfə rəsmi təklif göndərdiklərini açıqlayıb.

Şakirinin "Liverpul"la 2 illik müqaviləsi var və futbolçunun yayda komandadan ayrılacağı istisna deyil.

Mersisayd təmsilçisinin heyətində ümumilikdə 63 oyun keçirən yarımmüdafiəçi 8 qol vurub, 9 məhsuldar ötürmə verib.