2018-ci ildə Almaniya millisində "10" nömrəli formanı geyinən Məsut Özilin formasını AVRO-2020-də "Bavariya"lı Serj Qnabri geyinəcək.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Məsut "Fənərbağça"da "67" nömrə altında çıxış etdiyi formanı dəyişdirmək istəyir. Belə ki, "10" nömrəni geyinən Mbvane Samattanın yayda "sarı-lacivərtlər"i tərk edəcəyi gözlənilir. 

Bu halda isə klassik nömrənin yeni sahibi Özil olacaq.