Hazırda "Fiorentina"nın formasını geyinən Frank Riberi sabiq klubu "Qalatasaray"la bağlı paylaşımı ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Tvitter hesabından 2005-ci il, mayın 11-də "Qalatasaray"la "Fənərbağça" arasında baş tutan Türkiyə Kuboku finalı barədə paylaşım edib. Fransalı futbolçu finalın ildönümündə etdiyi paylaşıma "Çox özəl bir matçda, çox ayrı bir qalibiyyət!", - yazıb.
2005-ci ildə "Qalatasaray"ın şərəfini qoruyan Riberi, "sarı-qırmızılı" formada yeganə qolunu həmin finalda vurmuşdu.
Xatırladaq ki, həmin qarşılaşmada "Qalatasaray" "Fənərbağça" üzərində 5:1 hesabıyla qələbə qazanmışdı.
Çok özel bir maçta çok ayrı bir galibiyet! @GalatasaraySK pic.twitter.com/GR1Lw21WRp
— Franck Ribéry (@FranckRibery) May 11, 2021