Türkiyə 1-ci liqasının son turunda baş tutan "Tuzlaspor" - "Giresunspor" (1:2) matçında maraqlı hadisə olub.
Offsideplus.az xəbər verir ki, 46-cı dəqiqədə meydana daxil olan "Tuzlaspor"un futbolçusu Fatih Safran səhvən komanda yoldaşı Ufuk Kadıoğlunun formasını geyinib. Matçın hakimi Atilla Karaoğlan 14 dəqiqədən sonra oyunu saxlayıb və Fatihə formasını dəyişməsi üçün xəbərdarlıq edib.
Həmin anın görüntülərini təqdim edirik: