"Qalatasaray" klubu heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "cim-bom" Henri Onyekurunu "Yuventus"un məşhur siması ilə əvəzləməyi planlaşdırır.
Belə ki, İstanbul təmsilçisi müqavilə ilə "Yuventus"a məxsus olan və hazırda icarə əsasında Münhen "Bavariya"sında çıxış edən Duqlas Kosta üçün hərəkətə keçib.
Türkiyə mediasının yazdığına görə, 30 yaşlı braziliyalı yarımmüdafiəçi bu ölkəni çox sevir və tez-tez tətilə gəlir.
Qeyd edək ki, "sambaçı" cari mövsümdə "Bavariya" forması ilı çıxdığı 11 oyunda 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.