Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça" ulduz futbolçunu sıralarına qatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin fransalı hücumçusu Olivye Jirunu transfer etməyə yaxındır.
"Goal.com" nəşrində yer alan xəbərə görə, "Çelsi" 34 yaşlı forvardla cari mövsümün sonunda (müqaviləsinin müddəti bitir) yolları ayıracaq.
"Sarı-larcivərtlər" isə hazırda Jiru üçün qarşı tərəflə təmasa keçib. Onun yayda Super Liqa klubunun düşərgəsinə qoşulacağı gözlənilir.
Digər bir xəbərdə "Fənərbağça"nın ulduzu Məsut Özilin də bu keçid üçün səy göstərdiyi yazılır.
Qeyd edək ki, Jiru 2018-ci ildən "zadəganlar"ın şərəfini qoruyur.