"Başakşəhər" klubu seneqallı mərkəz hüçumçusu Demba Ba ilə yolları ayırıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ilə müqavilə təktərəfli şəkildə pozulub.

Qeyd edək ki, 2019-cu ildən "Başakşəhər"də oynayan futbolçu bu mövsüm 37 maçtda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.