"Fənərbağça"nın prezidenti və idman direktoru eyni mətləbə gəlməkdə çətinlik çəkir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Ali Koç və digər klub rəsmiləri baş məşqçi Erol Bulutu göndərmək istəyir. Emre Belözoğlu isə bu təklifə qəti şəkildə etirazını bildirir. Klubun prezidenti icra heyəti ilə toplantılar keçirməklə yanaşı, idman direktoru ilə də görüşməyə davam edir.
Yaxın zamanlarda Ali Koçun baş məşqçi qərarını verəcəyi gözlənilir.