"Fənərbağça" rəsmiləri "Ülkər stadionu"nda gözlənilməyən toplantı keçirib.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, görüşdə klubun prezidenti Ali Koç, idman direktoru Emre Belözoğlu, baş məşqçi Erol Bulut və digər üzvlər iştirak edib. Toplantı zamanı "Fənər"in "Trabzonspor"la baş tutacaq oyunu barədə müzakirələr aparıldığı bildirilir. Erol Bulutun taleyinin matçın nəticəsindən asılı olacağı gözlənilir.

Qeyd edək ki, "Trabzonspor" - "Fənərbağça" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.