"Fənərbağça" mövsümü çempion kimi başa vurmasa, Erol Bulut rəhbərliyin qərarını gözləmədən klubu tərk edəcək.

Hətta finişə yaxın nəticələr ürəkaçan olmasa, ayrılığın daha erkən baş tutması mümkündür. Rəhbərlik isə Bulutu klubun içində olan şəxslə əvəzləmək istəyir.

Offsideplus.az "Takvim"ə istinadla xəbər verir ki, klub prezidenti Ali Koç idman direktoru Emre Belözoğlu ilə söhbətdə ona baş məşqçi postunu təklif edib. Daha doğrusu, "Erol hoca ilə yolları ayırsaq, komandanın başına sən keç" sözlərini işlədib. Emre düşünmədən təklifə "yox" deyib. Söhbətin davamında isə "Fənər"ə çox güclü baş məşqçinin lazım olduğunu Koçun diqqətinə çatdırıb.