"Real"ın "Ayntraxt"a icarəyə verdiyi futbolçusu Luka Yoviç maraqlı açıqlama ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidmətinə müsahibə verən 23 yaşlı hücumçu "Uşaq ikən idolun kim idi?" sualına belə cavab verib:
"Çox idilər. Ronaldo, İbrahimoviç... Ancaq Falkaonu daha çox izlədiyimi deyə bilərəm. Eyni oyun tərzinə sahib olduğumuzu düşünrəm. Bir gün onun qədər uğurlu olmaq istərdim".
Qeyd edək ki, Luka Yoviç 2019-cu ildə 63 milyon avroya "Ayntraxt"dan "Real"a keçid edib. 2019-2020 mövsümündə 17 oyuna çıxan serbiyalı futbolçu 2 qolla yadda qalıb. Bu sezon isə cəmi 4 oyunda iştirak edib və bir müddət öncə icarə əsasında keçmiş klubu “Ayntraxt”a qayıdıb.