"Hatayspor" - "Fənərbağça" görüşündə qonaqlar qələbə qazansa da (2:1), aparıcı futbolçusunu itirdi.

Söhbət komandanın "ürəyi" sayılan Luiz Qustavodan gedir. İlk hissədə dizindən aldığı zərbədən sonra özünü narahat hiss edən braziliyalı ikinci hissədə meydana çıxa bilməyərək fasilədə əvəzləndi.

Offsideplus.az xəbər verir ki, Qustavonun durumu heç də yaxşı deyil. Fevralın 6-da "Qalatasaray"la derbi matçı var deyə, klub və komandadakılar kimi, azarkeşlər də narahatdır. Təcrübəli yarımmüdafiəçinin şənbə günkü oyuna qədər hazır olacağı inandırıcı görünmür. Belədə onu zəhərlənmədən sonra durumu yaxşılaşan Jose Sosa əvəzləyəcək. 

Qeyd edək ki, 33 yaşlı futbolçu cari Superliqa mövsümündə 21 oyunda forma geyinərək 1 qola imzasını yazdırıb.