"Trabzonspor" UEFA ilə məhkəmə çəkişməsindən qalib ayrılıb.
Avropanın ali futbol qurumunun Türkiyə təmsilçisinin Avroliqa və digər gəlirlərinin 50 faizinə əl qoyması trabzonluları özündən çıxarmışdı. Nəticədə klub "CAS"a şikayət etmişdi.
Offsideplus.az xəbər verir ki, İsveçrədən "Trabzonspor"a şad xəbər gəlib. Bu barədə "Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu "Sabah"a açıqlamasında danışıb: "UEFA-nın cəzası ilə razı deyildik. Eyni günaha görə iki dəfə cəza vermirlər. Məhkəmə araşdırmaları nəticəsində haqq-ədalət yerini tapdı. Odur ki, cərimənin bir hissəsi, 4 milyon avro hesabımıza qayıdacaq. Bu, klubumuz adına həm hüquqi, həm də maddi planda xoş oldu".