Məsut Özilin "Fənərbağça"da maaşı bəlli olub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-lacivərtlər" bu mövsüm üçün ödəniş etməyəcək. Belə ki, türk əsilli futbolçunun maaşını "Arsenal" qarşılayacaq. 

Özil növbəti 3 mövsümün hər birində "Fənərbağça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.