"Qalatasaray" FİFA-dan müjdəli xəbər alıb.
Offsideplus.az xəbər verir ki, Türkiyə təmsilçisi Səudiyyə Ərəbistanı "Əl-Nəssr"i ilə davadan qalib ayrılıb. Söhbət yayda Maykonun satışı zamanı ərəblərin "Qalatasaray"a ödəmək istədiyi 1,1 milyon avrodan gedir. FİFA məsələni araşdırandan sonra çəkişmədə "sarı-qırmızılar"ın haqlı olduğuna dair qərar çıxarıb.
Bu isə o deməkdir ki, "Əl-Nəssr" "Qalatasaray"a 1,1 milyonluq borcunu ödəməklə yanaşı, 300 min avro əlavə cəza parası ödəyəcək. Üstəgəl, 330 min avro menecerlik haqqı.